42 yaşlı qadını maşın vurub öldürdü
Şirvan şəhəri H.Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol –nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Şirvan sakini, 1987-ci il təvəllüdlü Əliyev Ramal Fürsənd oğlu idarə etdiyi "Volkswagen Passat" markalı, 90-CR-659 dövlet nömrə-nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü İbrahimova Taliyə Arif qızını vurub. Sürücü dərhal yaralını xəstəxanaya aparsa da, ağır xəsarət alan qadını Şirvan şəhər mərkəzi xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib