Bakıda partlamamış xeyli hərbi sursat tapıldı
Abşeron rayonunda partlayıcı hərbi sursat tapılıb. FHN-nin 112 Çevik Reaksiya İdarəsinə Abşeron rayonu Müşfiqabad qəsəbəsi ərazisində partlayıcı olması barədə məlumat daxil olub. APA TV xəbər verir ki, məlumata əsasən, Xüsusui Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu təcili hadisə yerinə gəlib: Xüsusui Riskli Xilasetmə Xidmətinin şöbə müdiri Əflatun Səlimov deyib ki, ərazidə 38 ədəd müxtəlif çaplı partlayıcı tərkibli əşya aşkarlanıb.
Daha sonra tapılan sursatlar neytral ərazidə partladılaraq zərərsizləşdirilib.
Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Axtarış əməliyyatının sonunda hadisə yerinə təkrar baxış keçirilib, başqa partlayıcı qurğu və ya hərbi sursat aşkarlanmayıb.
Tapılan hərbi sursat ikinci və üçüncü təhlükəlilik dərəcəsinə aiddir və partlayacağı təqdirdə ərazidə ciddi fəsad yarada bilər.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək