İsveçrə bu il Qarabağ münaqişəsinin həllində irəliləyişin olacağına ümid edir
"İsveçrə 2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlarda irəliləyişin əldə olunacağına ümid edir".
APA TV-nin xəbərinə görə, bu ildən ATƏT-ə sədrlik edəcək İsveçrənin xarici işlər naziri Didye Burkxalter belə deyib. Yanvarın 1-dən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına illik sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə xarici işlər naziri Didye Burkxalterin mətbuat üçün bəyanatında bildirilib ki, sədrlik dövründə ölkəsi dondurulmuş münaqişələrin həllindəki irəliləyiş, transmilli təhdidlərlə mübarizə, təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi və gənclərlə bağlı planların reallaşdırılması proseslərini izləyəcək.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub