Somalidə terrorçular oteli partlatdılar
Afrika ölkəsi olan Somali yeni ili partlayış səsləri ilə qarşılayıb. Paytaxt Moqadişudakı bir oteldə iki partlayış törədilib. Nəticədə 11 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı bildirilir. Terrorçuların törətdiyi ilk partlayış 2 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub. Daha sonra Moqadişu hava limanı yaxınlığındakı Əl-Cəzirə otelinin girişində partlayıcı maddələr yüklü avtomobildə ikinci partlayış həyata keçirilib. Burda isə biri polis müdürü olmaqla 7 əsgər həyatını itirib. İki silahlı hücum nəticəsində yaralanan 30 nəfər xəstəxanalara çatdırılıb, onların vəziyyəti ağırdır. Şahidlər partlayışlardan sonra terrorçularla hökumət qüvvələri arasında atışma baş verdiyini deyirlər.
APA TV-nin xəbərinə görə, partlayışları Somalidəki əl-Qaidəyə bağlı əş-Şəbab qruplaşması üzərinə götürüb.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək