Ötən ilin ƏN ÇOX QAZANAN MİLYARDERLƏRİ
2013-cü ildə dünyanın 300 ən varlı insanı ümumilikdə 524 milyard dollar qazanıb və sərvətlərini 3,7 trilyon dollara çatdırıb. Bloomberg-in yaydığı məlumata görə, ən çox gəliri yüksək texnologiya gətirib. 2013-cü il 300 şəxsdən yalnız 70-i üçün pul itkisi ilə yadda qalıb. APA TV-nin xəbərinə görə, birinci yeri "Microsoft" şirkətinin Direktorlar Şurasının rəhbəri Bill Qeyts tutub. O, 2013-cü ildə 15,8 milyard dollar qazanaraq, sərvətini 78,5 milyard dollara çatdırıb. İkinci yerə meksikalı maqnat Karlos Slims çıxıb ki, o, da 12,3 milyard dollar itki ilə kapitalını 73,9 milyard dollar miqdarında saxlaya bilib. "Inditex" ticarət imperiyasının ispan qurucusu Amansio Orteqa isə 66,2 milyard dollarlıq sərvətinə əlavə 8,7 milyard dollar qazandırıb.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək