Anjey Kaspşikin mandatı 17-ci dəfə uzadıldı
İsveçrənin xarici işlər naziri Didye Burkxalter ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb. ATƏT-in rəsmi saytındakı məlumata əsasən, polşalı diplomat 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.
ATƏT-in fəaliyyətdə olan sədri isveçrəli diplomat Anjelo Qnadingeri özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib.
APA Tv-nin xəbərinə görə, bu il yanvarın 1-dən ATƏT-də sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi göstərib.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək