Qızılları oğurlayıb satdı, pulunu isə əyləncəyə xərclədi
Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı Ramiz Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu