İndoneziyada faciə: Göyərtəsində 160 nəfər olan gəmi batdı
İndoneziyada faciəli hadisə baş verib. Ölkənin şərqində gəmi-bərə batıb. “RİA Novosti” agentliyinin verdiyi ilkin məlumata görə, hadisə nəticəsində azı 3 nəfər ölüb, 36 sərnişinin həyatını xilas etmək mümkün olub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Digər məlumatlarda bildirilir ki,
bərənin göyərtəsində 160-dək adam olub, onlardan bir çoxunun taleyi məlum deyil. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək