Göyçayda zavod yandı
Göyçay rayonunda zavodda yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən APA TV-yə verilən məlumata görə hadisə Göyçay şəhərinin Atatürk küçəsində yerləşən “Göyçay-Konyak” ASC-nin məhsulların saxlanılması anbarında baş verib. Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 1375 kvadratmetr olan anbarın 100 kvadratmetrlik hissəsi yanıb. Yanğın söndürülüb və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək