"KamAZ" sürücüsü maşın ustasını bıçaqladı
Bərdədə bıçaqlanma hadisəsi baş verib. Bərdə rayon sakini Aqşin Mehtiyev aralarında baş verən mübahisə nəticəsində rayonun Bala Qəjər kənd sakini 40 yaşlı Eyvaz Novruzovu bıçaqlayıb. Hadisəyə "KamAZ" sürücüsü olan Aqşin Mehtiyevlə maşın ustası kimi çalışan Eyvaz Novruzov arasında baş verən anlaşılmazlıq səbəb olub.
APA TV-nin xəbərinə görə, kürək nahiyəsindən bir bıçaq zərbəsi alan Eyvaz Novruzov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək