Azərbaycanda hind toyuğu əti istehsal olunacaq
Azərbaycanda ilk dəfə Şəki rayonunda sənaye quşçuluğunun yaradılması nəzərdə tutulur. Ölkədə ərzaq bolluğunun yaradılması barədə Dövlət Proqramından irəli gələn məsələlərin həlli məqsədi ilə İsraildən gələn bir qrup iş adamı Şəkidə rayon rəhbərliyi və müvafiq təşkilatların nümayəndələri ilə görüş keçirib. APA TV-nin xəbərinə görə, ölkədə ilk dəfə yaradılması nəzərdə tutulan layihə nəticəsində illik gücü 5 min tondan artıq olan hind toyuğu əti istehsal olunacaq.
Layihənin kordinarotu Karmi Elbert deyib ki, layihənin artıq 70 faizi üzərində iş yükunlaşıb. Bu baxımdan Şəki olduqca əlverişli iqlimə və yem ehtiyatına malikdir.
Bildirilib ki, sənaye kompleksinin yaradılması xüsusən bölgədə fəaliyyət göstərən fermerlərə istehsal etdikləri dənli bitkiləri, taxıl, arpa və qarğıdalını bu müəssəyə satmaqla öz maddi imkanlarını genişləndirmək imkanı yaradacaq.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub