Avtomobil 84 yaşlı kişini vuraraq öldürüb

# 16:26
7 fevral 2022

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Qəbələ rayonunun Soltannuxa kəndində qeydə alınıb. Ağdaş rayon sakini 1998-ci il təvəllüdlü Yusifli Yusif Məmmədismayıl oğlu idarə etdiyi 03-BJ-828 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə qarşısına çıxan piyadanı, kənd sakini, 1938-ci il təvəllüdlü İsmayıl Soltanovu vurub. 84 yaşlı kişi ağır vəziyyətdə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şahnəzər Bəşirov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR