"Bomj" azərbaycanlı satıcıya silah çəkdi
Rusiyada Kalininsk rayonunda azərbaycanlıya silah çəkiblər. APA TV-nin xəbərinə görə, hadisə yanvarın 9-da gecə saatlarında baş verib. "Lada" ticarət pavilyonunun zirzəmisinə girən naməlum şəxs satıcı, 40 yaşlı azərbaycanlını pnevmatik silahla hədələyərək pul tələb edib. Lakin həmin şəxs şirkətin mühafizəçiləri tərəfindən saxlanılıb. Sonradan onun 35 yaşlı "bomj" olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub