Mikayıl Cabbarov qəbul keçirdi
Şabranda təhsil naziri Mikayıl Cabbarov Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edib. APA TV-nin şimal bürosunun verdiyiməlumata görə, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, xaricdə təhsil və digər məsələlərlə əlaqədar olub.
Qəbulda 65 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub