Azərbaycanlı narkokuryer və arvadı yaxalandı
Moskva vilayətinə narkotik vasitə keçirmək istəyən azərbaycanlı kişi və onun ukraynalı arvadı saxlanılıb. Narkotik vasitənin gətirilməsi ilə məşğul olan şəxsləri Rusiya Federal Xidmət İdarəsinin əməkdaşları tutulub.
APA TV-nin xəbərinə görə, qadın 1971-ci il təvəllüdlü Ukrayna vətəndaşı, əri isə 1969-cu il Rusiya vətəndaşı olan azərbaycanlıdır. Onlar öz avtomaşınlarında Şimal-Qərb Federal Dairəsindən Moskva regionuna müxtəlif növ narkotik vasitələr, xüsusilə kokain və metadon aparmaq istəyiblər. Baxış zamanı qadının üstündən 300 qr, kokain və 300 qram metadon aşkar edilib.
Hazırda dəstənin digər üzvlərinin axtarışı aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub