Kütləvi zəhərlənmə: 70 uşaq xəstəxanalıq oldu
Bolqarıstanda qida zəhərlənməsi əlamətləri ilə 70-dən çox məktəbli xəstəxanaya yerləşdirilib.
Yerli mətbuatın yaydığı məlumata görə, Slivensk əyaləti ərazisində baş verən hadisədə 7-15 yaş arası uşaqlar zərər çəkib. Sliven şəhər xəstəxanasının əməkdaşlarının dediyinə görə, bəzi uşaqların vəziyyəti ağırdır. Uşaqlar xəstəxanalara daha çox Stara-Reka, Qavrailovo, Strupets, Kaloyanovo, Kamen və digər kəndlərdən gətirilib. Bu kəndlərin orta məktəbləri naharı Slivensk rayonundakı bir fabrikdən alır. İlkin araşdırmalara görə, zəhərlənmə uşaqlara verilən şorbadan olub.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub