Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi həbs edilib
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.
APA TV-nin xəbərinə görə, Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub