Səhiyyə naziri şikayətləri dinlədi
Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 15-də Hacıqabul Uşaq tibb mərkəzində vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı və Kürdəmirdən olan vətəndaşlar iştirak edib. Qəbul zamanı vətəndaşlar əsasən müalicə, xəstəxanaların təmiri və digər sağlamlıq problemləri ilə əlaqədar nazirə müraciətlər edib. Müraciətlər nazir tərəfindən dinlənilib və lazımi tədbirlərin görülməsi üçün göstərişlər verib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub