Yanğın törədən balaca danışdı
Xaçmaz rayonunun Mürşüdoab kəndində yanğın hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 56 yaşlı Eynulla Sərdarova məxsus həyətyanı sahədə ot tayası yanıb, 11 ton ot yarasız hala düşüb. Alovun söndürülməsi üçün hadisə yerinə Xaçmaz dövlət yanğından mühafizə hissəsinin 3 yanğın söndürən maşın cəlb olunub. Yanğının qarşısı alınıb.
Ev sahibi Rafiq Zülfüqarov deyib ki, hadisənin nədən baş verdiyini bilmir.
Daha bir yanğın hadisəsi Xaçmaz rayonunun Əbilyatağı kəndində qeydə alınıb. Burda da 450 ədəd ot tayası yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğını ev sahibinin 3 yaşlı uşağının törətdiyi bildirilir.
Hər iki fatla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub