Saatlıda bir ailənin 7 ÜZVÜ POMİDOR TURŞUSUNDAN ZƏHƏRLƏNDİ
Saatlı rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Saatlı Rayon xəstəxanasından verilən məlumata görə , rayonun Şirinbəy kəndinin sakinləri 1954-ci il təvəllüdlü Elimnaz Səfərova, onun oğlanları 1982-ci il təvəllüdlü Qurban, 1985-ci il təvəllüdlü Namiq, qızları 1978-ci il təvəllüdlü Səltənət, 1974-cü il təvəllüdlü Həqiqət, nəvələri 2003-cü il təvəllüdlü Vüsalə və 2005-ci il təvəllüdlü Gülsüm Səfərovlar evlərindən qidadan pomidor turşusundan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Saatlı mərkəzi rayon xəstəxanasında xəstələrə ilkin yardım edildikdən sonra xəstələr evə buraxılıb. Xoşbəxtlikdən xəstələrdə adətən konservləşdirilmiş tərəvəzlərdə rast olunana ağır infeksion xəstəlik olan botulizm aşakarlanmayıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub