Misirlilərin 95 faizi yeni Konstitusiyanı seçdi
Misirdə referendum başa çatıb. İlkin məlumatlara görə, Misirdə keçirilmiş referendumda seçicilərin təxminən 95 %-i yeni konstitusiyanın lehinə səs verib. Reuters agentliyinin verdiyi xəbərə görə, seçicilərin 55%-i səsvermədə iştirak edib.
Ölkənin Ali Seçki Komissiyasının məlumatına əsasən, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub.
APA TV-nin xəbərinə görə, referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub