İran 878 məhbusu bağışladı
İranın ali dini lideri ayətullah Əli Xamneyi 878 məhbusu əfv etdi. APA TV-nin İranın "Mehr" agentliyinə istinadən veridyi xəbərə görə, fərman Məhəmməd peyğəmbərinin və onun nəvəsi imam Cəfər Sadiqin doğum günü münasibətilə imzalanıb. Əfv olunanlar müxtəlif mülki və hərbi cinayətlərdə mühakimə olunaraq həbs edilən şəxslərdir. Əfv fərmanı İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricaninin məktubu əsasında imzalanıb. Belə ki, Sadiq Amoli Məhəmməd peyğəmbərin və imam Cəfər Sadiqin doğum günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Müraciətdə Ayətullah Xamneyidən 878 məhbusun əfv edilməsi xahiş olunub.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub