Qaxda 58 yaşlı kişi arı sancmasından öldü

# 14:50
24 aprel 2023

Qaxda 58 yaşlı kişi arı sancmasından ölüb.

 

Hadisə rayonun Qıpçaq kəndində baş verib. Qax şəhər sakini 58 yaşlı İsmayıl Mahmudov Qıpçaq kəndində yaşayan qaynının evinə qonaq gedib. O, gecə saatlarında həyətdə hava alarkən bal arısı onun boyun nahiyəsindən və əlindən sancıb. Halının pisləşdiyini görən qohumları dərhal ilkin yardım göstərməyə çalışıblar. Mərhumun qaynı Zaur Əhmədovun sözlərinə görə, İsmayıl Mahmudovun arı sancmasına qarşı allergiyası olub. Onu əvvəllər də bir neçə dəfə arı sancıb və kürəkəni allergiyaya qarşı dərman qəbul etdikdən sonra vəziyyəti stabilləşib. Bu dəfə isə o, sadəcə 20 dəqiqə müddətinə dünyasını dəyişib.

Təcili Tibbi Yardım Stansiyasının müdiri Məhbubə Süleymanovanın sözlərinə görə, arı sancması arı zəhəri adlandırılan apitoksin adlanan maddənin qana keçməsi nəticəsində ağır fəsadlara gətirib çıxara, hətta ölümə səbəb ola bilər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR