Qarşıdakı iki günün hava proqnozu
Yanvarın 20-si və 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, arabir az yağıntılı olacağı gözlənilir. Mülayim şimal şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enərək günorta saatlarında 5 dərəcəyədək isti müşahidə olunacaq. Lakin yanvarın 22-də artıq havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub qərb küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 5-8 dərəcə isti təşkil edəcək. Proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, bölgələrimizdə də yanvarın 20-si və 21-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 5-10 dərəcə isti, dağlarda isə günorta saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə olunacaq. Yanvarın 22-də əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Yanvarın 20-si və 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub