Bank Of Baku

Bərdədə kafe yandı

# 10:33
20 yanvar 2014

Bərdədə kafe yanıb. Obyekt sahibi Müslüm Vəliyev iddia edir ki, kimsə qəsdən benzin tökərək iaşə obyektini yandırıb. Bir neçə dəqiqənin içərisində yanğın ikimərtəbəli binanı tamamilə yararsız hala salıb.

APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Bərdə  Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsözndürən maşınları gəlib. Alovun qonşuluqdakı binalara və ticarət köşklərinə keçməsinin qarşısı alınıb.

 

Kafe  tamamilə yanıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR