Bakıda QADIN SÜRÜCÜ AVTOMOBİLİ KANALA AŞIRDI
Qaradağın Lökbatan qəsəbəsində xanım sürücü idarə etdiyi avtomaşınla qəza törədib. APA TV-nin xəbərinə görə, Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gedən yolda hərəkət edən "90 MO 766" dövlət nömrə nişanlı "Hyundai Elentra" markalı avtomobil su kanalına aşıb.
Qaradağ Rayon Yol Polisi Şöbəsindən verilən məlumata görə, hadisəyə yağışlı hava ilə əlaqədar yolun sürüşkən olması səbəb olub. Xanım sürücü idarəetməni itirərək avtomobili ilə birlikdə yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Avtomaşın evakuatorun köməyi ilə su kanalından çıxarılıb.
Faktla bağlı Qaradağ Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub