Kiyevdə gərginlik: NÜMAYİŞÇİLƏR POLİSƏ PARTLAYICI MADDƏ ATDILAR
Kiyevdə milislilərlə müxalifət qüvvələri arasında toqquşmalar davam edir.
Kiyevin “Dinamo” stadionu ətrafında nümayişçilər Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarına “Molotov kokteyli” atıblar.
APA TV-nin xəbərinə görə, milis geriyə çəkilmək məcburiyyətində qalıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Nümayişçilər meydana “Molotov kokteyli” – nin hazırlanması üçün benzinlə dolu kanistrlər gətiriblər. Etirazçıları dağıtmaq üçün milis gözyaşardıcı qaz və səs bombasından istifadə edib.
Kiyevin mərkəzində gedən toqquşmalarda polislər də daxil olmaqla 104 nəfər yaralanıb. Onlardan 44 nəfər xəstəxanaya yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub