Ömrünün 30 ilini həbsdə keçirən şəxs yenidən tutuldu
Binəqədi rayon polis idarəsinin əməkdaşları Ruslan Abdullayev və Taleh Bağırovu 1 kq 41 qram heroini satmaq istəyərkən yaxalayıblar. Taleh Bağırovun bacısı ilə ailə qurmağa hazırlaşan Ruslan gələcək qaynı ilə münasibətləri möhkəmləndirmək üçün onu Şirvan şəhərindəki dayısının evinə qonaq aparır. Qayıdan zaman dayı toya hazırlıq məqsədi ilə onlara bağlama verir.
Qohum olmağa hazırlaşan şəxsləri azı 7 il məhkumluq həyatı gözləyir.
APA TV-nin xəbərinə görə, Yasamal polisi isə ömrünün 30 ilini təcridxanada keçirən və bu yaxınlarda azadlığa çıxan Məlikov Qənfəli Hüseyn oğlunu qanunsuz odlu silah saxladığına görə yaxalayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, silahı tapıbmış. Sonra nədənsə avtomatın darağını çibinə qoyub şəhərdə gəzirmiş. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb şübhəli şəxs qismində onu bölməyə dəvət edirlər.
Zibillikdən tapdığını dediyi "Kalaşnikov" avtomatını evində saxlamaqda təqsirləndirilən Məlikovun 5-ci dəfə həbsxanaya göndəriləcəyi istisna olunmur.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub