Oğuzda mal-qara oğruları yaxalandı
Oğuzda mal-qara oğruluğu ilə məşğul olan Yexlax rayon sakinlərindən ibarət dəstə saxlanılıb. Oğuz rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Oğuz rayonu Padar kənd sakini Qasımov Natiq Rafiq oğlu yaşadığı evin həyətyani sahəsində tikilmiş mal tövləsindən 1 baş iribuynuzlu malın oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Araşdırma nəticəsində heyvanı Yevlax rayonunun Ərəş kənd sakinləri - 34 yaşlı Ramiz Şərifov, əvvəllər məhkum olunmuşlar 27 yaşlı Rasim Şərifov və 43 yaşlı Cabir Adgözəlovun oğurladığı məlum olub. Hər üç şəxs tutularaq Oğuz RPŞ-ə gətirilib. İstintaq zamanı məlum olub ki, daha öncə də Ağdaş rayon, Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş və Oğuz rayon Ərimənət kənd sakini Eyvaz Hüseynova məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlayıblar.
Baş müstəntiq Ələkbər Əsgərov deyib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.1 177.2.2 177.2.3 -cü maddələri ilə cinayət işi başlayıb.
14 ilini məhkumluq həyatı yaşamış Ramizlə Rasim qardaşdır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub