Azərbaycan Ordusunun ZABİTİ ŞƏHİD OLDU - YENİLƏNİB
Azərbaycan Ordusunun zabiti şəhid olub. Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib. APA-nın xəbərinə görə, hərbçi aldığı güllə yarasından şəhid olub.
Bu arada ATƏT nümayəndələri cəbhədə monitorinq zamanı ermənilər tərəfindən atəşə tutulub. Bu barədə APA TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra baş verib. Ermənilər bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrini və monitorinq iştirakçılarını atəşə tutublar.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub