Mədəniyyət və Turizm Nazirliyi Göyçayda zona müşavirəsi keçirib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göyçayda zona müşavirəsi keçirilib. APA TV-nin məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazirliyin şöbə müdirləri, eləcə də Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux, Göygöl və Yevlax rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak ediblər. Müşavirədə çıxış edən nazir Əbülfəz Qarayev mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramı çərçivəsində ayrı-ayrı rayonlar üzrə görülən işlər barədə danışıb.
Nazir Əbülfəz Qarayev Göyçayda vətəndaşları da qəbul edib. Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux, Göygöl və Yevlaxdan olan vətəndaşların iştirak etdiyi qəbulda narazılığa səbəb olan halların aradan qaldırılması üçün müvafiq strukturlara tapşırıqlar verilib.
Qəbulda iştirak edən 40-dan artıq vətəndaşın bir sıra müraciətləri elə yerindəcə həll edilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub