Bərdədə SİLAHLI İNSİDENT: yaralı var
Bərdədə güllələnmə hadisəsi baş verib. İnsident rayondakı avtomobil yuma məntəqələrinin birində qeydə alınıb. Naməlum şəxs "Makarov" markalı tapançadan məntəqəyə beş dəfə atəş açıb. Xoşbəxtlikdən ölən olmasa da, güllələrdən biri rayon sakini Vaqif Əvəzova dəyib. Boyun nahiyəsindən güllə yarası alan 66 yaşlı kişi xəstəxanaya çatdırılıb. Bərdə Mərkəzi Xəstəxanasının həkimi Şəmil Məmmədovun sözlərinə görə, yaralının vəziyyəti ağırdır.
İlkin ehtimala görə, hadisəyə səbəb qan davasıdır. Atəş açan şəxsin kimliyi məlum olmadığından polis bu istiqamətdə axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək