Şəkidə Ticarət Mərkəzində baş verən yanğından görüntülər
Şəkidə Ticarət Mərkəzi yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən ümumi sahəsi 2125 kv/m olan ticarət mərkəzində baş verən yanğının söndürülməsinə Qax, Qəbələ, Oğuz və Mingəçevirdən də yanğınsöndürənlər cəlb edilib.
Yanğın nəticəsində ticarət mərkəzinin 1200 kv/m sahəsi içərisindəki əşyalarla birgə yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir