Bakı-Şuşa reysi Şuşada qaldı

# 15:21
14 mart 2022

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

 

Bu barədə APA TV-yə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

 

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb”, - deyə məlumatda deyilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR