Kür kənarında köməksiz vəziyyətdə qalan ata-oğul xilas edildi - XİLASETMƏ ƏMƏLİYYATI
Ötən gecə Şəmkirdə Yenikənd su anbarında köməksiz qalan ata və oğul Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Yenikənd su anbarında su azalan vaxtı Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Azər Abdullayev və onun oğlu 1995-ci il təvəllüdlü Eşqin Abdullayev anbarın kənarı ilə hərəkət edərək meşədə saxladıqları arılara baxmağa gediblər.
Qayıdarkən anbarda suyun səviyyəsi qalxıb və onlar kömək üçün FHN-in “112 qaynar xətti”nə zəng vurublar. Onlar saat 23 radələrində FHN-in xilasediciləri tərəfindən xilas ediliblər.
Qeyd edək ki, Yenikənd Su anbarı elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilib. Anbarın ümumi həcmi 158 milyon kubmetrdir.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir