Azərbaycanda bəzi magistral yollar buz bağlayıb
Azərbaycanda bəzi magistral yolları buz bağlayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, havaların soyuması ilə əlaqədar ölkənin bir sıra magistral yollarını buz bağlayıb.
İdarədən bildirilib ki, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Masallı-Yardımlı, Lənkəran-Lerik, Bakı-Şamaxı-Yevlax istiqamətlərində yollar buz bağlayıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində qeyd olunan yollarda mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələrini və ehtiyatlı olmalarını, hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini tövsiyə edib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir