İdmançılarımız Ermənistandan Gürcüstana getdi
Azərbaycan nümayəndə heyəti Ermənistanı tərk edərək Gürcüstana daxil olub.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov öz Facebook səhifəsində məlumat verib.
O bildirib ki, Tbilisidən Bakıya uçacaq təyyarə idmançılarımızı bu axşam Vətənə çatdıracaq.
Xatırladaq ki, 14 aprel 2023-cü il tarixdə Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Bundan sonra Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birgə bəyanat yayaraq Azərbaycan idmançılarının yarışı tərk etməsi və vətənə qayıtması barədə qərar qəbul edildiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu