Evlərində köməksiz qalan 3 YAŞLI OĞLAN BELƏ XİLAS EDİLDİ
FHN-nin "112 qaynar xətti"nə Nizami rayonu Elşad Süleymanov küçəsində mənzil qapısının bağlanması və evdə azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olan kimi əməliyyat qrupu hadisə yerinə yollanıb. APA TV-nin xəbərinə görə, xilasedicilər üst mərtəbədə yaşayan qonşudan həmin mənzilə keçmək üçün icazə alıblar.
Mətbəxin pəncərəsindən içəri daxil olan FHN-nın əməkdaşları yatmış vəziyyətdə olan 3 yaşlı oğlanı valideynlərinə təhvil veriblər.
Təcili tibbi yardım briqadasının əməkdaşları uşağın səhhətini yoxladıqdan sonra valideynlərə müvafiq sənədlərə imza atmaq məsləhət görülüb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir