Azərbaycan ORBİTƏ YENİ PEYK BURAXACAQ
"Azərbaycan «Azerspace-1»dən altı ayda təxminən 10 mln. ABŞ dolları gəlir əldə edib".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, peyk 3 ay gec kommersiya fəaliyyətinə başlamasına rəğmən, bu il ABŞ «Eximbank»ına olan 17 milyon borcun yarıdan çoxunu həmin gəlirlə ödəyib: "Təxminən 10 milyon ABŞ dolları gəlir əldə etdi ki, bunun da 90-95 faizi ixrac hesabına başa gəlib. Gələn ildən isə təmiz mədaxil əldə edəcək".
Yaxın 3 ildə Azərbaycanın ikinci peykinin də orbitə çıxarılacağını deyən nazir bunun üçün dünyanın bir sıra aparıcı şirkətlərinə təkliflər göndərildiyini deyib: "Dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilmişdi. Hesab edirik ki, bu proses bir neçə aya bitəcək və təxminən iki aydan sonra udan şirkətlə müqavilə imzalanacaq".
Əli Abbasov ikinci peyklə bağlı elan olunan tenderin qapalı keçirilidiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir