Bank Of Baku

Hərbi xidmətə çağırılan 157 nəfərdə XƏSTƏLİK AŞKARLANIB

# 18:50
10 fevral 2014

Yanvar ayında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan xeyli çağırışçıda xəstəlik aşkarlanıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.

 

Yanvarın əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR