Samarada AZƏRBAYCANLI QADIN QƏTLƏ YETİRİLDİ
Rusiyanın Samara vilayətində 32 yaşlı azərbaycanlı qadın qətlə yetirilib.
APA TV-nin Rusiya bürosunun məlumatına görə, hadisə fevralın 8-də baş verib. Samara vilayətinin Bezençukskiy rayonunun Komsomolski küçəsində yerləşən mənzildə qadın meyiti aşkarlanıb. Aşkarlanan şəxsin adı açıqlanmayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
Keçirilən məhkəmə-tibbi ekspertiza nəticəsində qadının başından aldığı travma nəticəsində öldüyü aşkarlanıb. Azərbaycanlı qadının birgə yaşadığı ev sahibi cinayət hadisəsini törətməkdə şübhəli bilinib. Onun törətdiyi cinayət əməli isə qəsdən adam öldürmə kimi deyil, sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaq maddəsi kimi tövsif edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək