Bank Of Baku

Gəlinə işgəncə verən ailə üzvləri məhkəmə qarşısında

# 19:24
11 fevral 2014

Astara Rayon Məhkəməsində gəlini Qutamə Rükiyevaya işgəncə verməkdə təqsirləndirilən Malik Nabatovun, arvadı Mirvari Şahmuradovanın və oğlu Afiyəddin Nabatovun cinayət işi üzrə məhkəmə keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən poresesdə təqsirləndirilən şəxslər onların müdafiəçilərinin iştirakı ilə dindirilib. Məhkəmədə həmçinin şahidlərin ifadələri alınıb. Təqsirləndirilən şəxslər törətdikləri əməli qismən etiraf  ediblər. Zərərçəkən hər xırda şeyə görə mütəmadi olaraq, döyüldüyünü əsas gətirir: "Mənim əlimi-ayağımı bağlayıb, döyürdü".

 

Məhkəmədə daha bir neçə şahidin iştirakı təmin olunmadığı üçün növbəti poreses qeyri-müəyyən müddətə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR