“TRAXTUR SAZİ” İRAN KUBOKUNUN SAHİBİ OLDU!
Təbrizin “Traxtur Sazi” komandası tarixində ilk dəfə İran Kubokunun sahibi olub. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, fevralın 14-də İran Kubokunun finalında “Traxtur Sazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traxtur Sazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.
Qeyd edək ki, İran Kubokunun sahibi olan “Traxtur Sazi” gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək