Bakıda taksi sürücüsünün qatili tutuldu
Bakıda taksi sürücüsünü qətlə yetirən şəxs tutulub. APA TV-nin məlumatına a görə, fevralın 21-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Elnur Ağayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Bakı şəhər sakini, 28 yaşlı İlqar Məmmədovun törətdiyi müəyyənləşib.
İlqar Məmmədov hadisəni törətdiyini etiraf edib: "Üstümə gəldi, mənə güc tətbiq etdi. Vurdum, qaçdım".
Hadisə Biləcəri qəsəbəsində Dəmir Yolu vağzalının qarşısında qeydə alınıb. 1985-ci il təvəllüdlü Elnur Akif oğlu Ağayev bıçaqlanaraq qətlə yetirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək