Azərbaycanlı diaspor rəhbəri: "Krım əhalisi ərzaq ehtiyatı toplayır"
"Ukraynada vəziyyət həddən artıq gərgindir".
Bu sözləri APA TV-yə Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının rəhbəri Rahim Hümbətov deyib. Onun sözlərinə görə, rus qoşunlarının döyüş hazırlığına gətirilməsi barədə yayılan xəbərlər insanları daha da təşvişə salıb: "Bildiyiniz kimi parlamentin üstünə rus bayrağı taxılıb. Camaatı yavaş-yavaş təşviş bürüyür. Mağazalarda növbədir. Camaat ərzaq alır, ehtiyatlanır ki, vəziyyət daha da gərginləşə bilər".
Azərbaycanın diaspor təşkilatının rəhbəri mərkəzi hakimiyyətin Krımdakı vəziyyətə təsir etmək iqtidarında olmadığını bildirib: "Bütün Krım əhalisi 2 düşərgəyə parçalanıb. Bir hissəsi istəyir ki, Krım Rusiyanın tərkibinə daxil olsun. Digər hissəsi istəyir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunsun və Krım Ukraynanın tərkibində qalsın. Bütün dava-dalaş bunun üstündədir".
Rahim Hümbətov Krımda yaşayan azərbaycanlılara mümkün qədər çölə çıxmamalarını və iğtişaş baş verən yerlərdən kənar gəzmələrini xahiş edib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək