Abel Məhərəmov rüşvətdə adı hallanan fakültənin dekan müavinini İŞDƏN ÇIXARDI
Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekan müavini Asif Bayramov tutduğu vəzifədən azad edilib. Bunu APA TV-yə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, Tarix fakültəsinin dekan müavini Asif Bayramovun işdən çıxarılması 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın şikayəti ilə əlaqəli deyil. Dekan müavini səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq üçün müraciət edib. O ki qaldi Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən xaric olunması ilə bağlı yayılan xəbərlərə, Pərvanə İbrahimova deyib ki, Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən xaric olunması barədə əmr yoxdur.
BDU-nun İnformasiya şöbəsinin rəhbəri tələbənin qaldırdığı şikayət ilə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradıldığını da bildirib. Onun sözlərinə görə, hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək