Hərbi hissədə insident: Əsgər iki barmağını itirdi
Azərbaycanda hərbi hissədə insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb. Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, E. Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək