Ombudsmanlar azad olunmuş ərazilərə səfər edəcək
“İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti Azərbaycana gəlib".
APA TV-nin məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib: “Bir neçə gün ərzində Ermənistanın Azərbaycana qarşı işğal zamanı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terror yerində araşdırılacaq Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə gedəcəyik. Səfərin yekununda bəyanatın qəbul olunması nəzərdə tutulur. Bir neçə gün ərzində Ermənistanın Azərbaycana qarşı işğal zamanı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terror yerində araşdırılacaq. Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə gedəcəyik. Səfərin yekununda bəyanatın qəbul olunması nəzərdə tutulur”.
Qeyd edək ki, Türkiyə və Pakistan Ombudsman heyətləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana səfərə gəliblər.
Nümayəndə heyəti, Fəxri xiyabanı, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.
Onlar Bakının azad olunmasında bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsini yad ediblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib