Krımda milis dəstəsinin əməkdaşlarına Rusiya pasportu verilir
Ukraynanın “Berkut” xüsusi təyinatlı milis dəstəsinin Krım bölməsinin 9 əməkdaşına Rusiya pasportu verilib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Simferopoldakı baş konsulluğunun mətbuat xidmətinin nümayəndəsi Yevgeniya Kaplunenko bildirib.
“Bu günlük sənədləşmə işi yekunlaşıb”, deyə o bildirib. Onun sözlərinə görə, Rusiyanın Simferopoldakı baş konsulluğuna “Berkut” xüsusi təyinatlı milis dəstəsinin döyüşçülərindən Rusiya vətəndaşlığının alınması ilə bağlı çoxlu zənglər və məktublar daxil olur.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək