Azərbaycanda daha bir zəlzələ oldu
Qəbələ rayonunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16-da Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Qeyd edək ki, martın 3-də Qəbələ ərazisində yeraltı təkan qeydə alınıb.
Fevralın 26-da Qəbələdə , 27-də Lerikdə 3 bal gücündə, zəlzələ baş verib. Fevralın 10-da isə Şamaxı rayonunda 5,8 bal gücündə zəlzələ olub.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək